Apr
2014
22:15
25
11
1419
Virtual karabakh

Bratislavada “Azərbaycan Obyektivdə” adlı fotosərgi keçirilib - FOTO

9 Apr, 2014
22:15
1419

Bratislavada “Azərbaycan Obyektivdə” adlı fotosərgi keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üçüncü yerə Fuad Babayevin “Alovlar və iynə” adlı fotosu layiq görülüb.

Slovakiyanın paytaxtı Bratislava şəhərində, Mədəniyyət Nazirliyinin binasında “Azərbaycan Obyektivdə” adlı fotosərginin açılış mərasimi keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, millət vəkillərinin, xarici diplomatların, jurnalistlər və ictimai xadimlərin bir araya gəldiyi tədbir Slovakiyanın mədəniyyət naziri Marek Madariçin dəstəyi ilə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunub.

Sərginin açılış mərasimində çıxış edən Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi İvan Seçik bildirib ki, Azərbaycanla Slovakiya arasında ümumi cəhətlər çoxdur. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətini, tarixini, incəsənətini, memarlığını və insanlarını əks etdirən 100 ədəd fotoşəkildən ibarət şah əsərlərin Avropanın bir neçə əsas şəhərlərinə səyahət etdikdən sonrakı dayanacağının Mərkəzi və Şərqi Avropa regionunda ilk olaraq məhz Bratislavanın seçilməsi böyük bir imtiyazdır: “Mən tələbəlik illərində Azərbaycanda səfərdə olmuşam, indi bu fotoşəkillər məni həmin illərə apardı. Mən bu sərginin Bratislavada təşkil olunmasına çox şadam və TEAS-ın Slovakiyada təşkil edəcəyi gələcək tədbirləri səbirsizliklə gözləyirəm”.

TEAS-ın direktoru Lionel Zetter məlumat verib ki, “Azərbaycan Obyektivdə” sərgisi Avropanın bir çox ölkələrində nümayiş olunub: “Azərbaycanla Slovakiyanın oxşar cəhətləri çoxdur - hər ikisinin əhalisi 10 milyona yaxındır. Hər ikisi müasirliyin və qədimliyin vəhdəti olan memarlıq abidələrinə malikdir. Hər ikisi uzun illər sovet təsirinin altında yaşayıb. Slovakiyadan fərqli olaraq, Azərbaycan ərazisinin 20 faizi erməni işğalı altındadır və bu da Azərbaycan üçün acı kədər mənbəyidir. Bununla belə, sərgi Azərbaycanın gözəlliyini əks etdirir və ümidvaram ki, bu fotoşəkillər vasitəsilə Azərbaycan haqqında daha çox şey öyrənə biləcəksiniz”.

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə öz çıxışında bildirib: “Sərgidəki fotoşəkillərə baxarkən biz bir faktı göz önünə gətirməliyik ki, Azərbaycan Avropa mədəniyyətinə inteqrasiya edilən ilk Şərq ölkəsi olub. Şərq dünyasında ilk opera, balet və caz orkestri məhz Azərbaycanda yaranıb. Bu ölkə multi-mədəniyyət timsalıdır. Məsələn, Avropadakı müdhiş  günlər zamanı təhlükə altında olan yəhudilər sığınacaq üçün məhz Azərbaycana pənah gətirmişdilər. Azərbaycanlılar hər zaman mədəniyyət mübadilələrinə açıq olublar və bu ölkə öz tolerantlığı və digər xalqlarla qurduğu mədəniyyət tərəfdaşlıqları ilə məşhurdur. Mənim ölkəmdə yəhudilər, müsəlmanlar, protestantlar, katoliklər və pravoslavlar hamısı dinc yanaşı yaşayırlar.

Bu fotoşəkillər vasitəsilə Azərbaycanın mədəniyyət və adət-ənənələri haqqında təsəvvürə malik ola bilərsiniz. Ümid edirəm ki, tezliklə Bakı Slavyan Universitetində Slovakiya mərkəzi açılacaq və Azərbaycan gəncləri gəlib Slovakiya və onun tarixini öyrənəcək, Slovakiyada təhsil alacaq, eləcə də slovakiyalı tələbələr Azərbaycan Diplomatiya Akademiyasında təhsil alacaqlar. Ümid edirəm ki, bu sərgi bizim ölkələrimiz arasındakı böyük əməkdaşlıqların yaranması üçün müjdəçi rolunu oynayacaq”.

Azərbaycanın Slovakiyadakı fəxri konsulu, professor Cəlal Qasımov TEAS-ın Bratislavada fotosərgi təşkil etməsini alqışlayaraq, belə bir mədəniyyət tədbirlərinin keçirilməsinin Slovakiya ilə Azərbaycan arasında gələcək əməkdaşlığa təkan verəcəyinə ümidvar olduğunu bildirib. 

TEAS-ın Belçikadakı nümayəndəliyinin rəhbəri Roman Huna son olaraq çıxış edib: “Mən fəxr edirəm ki, “Azərbaycan Obyektivdə” sərgisi Slovakiya auditoriyasına Azərbaycan gözəlliklərindən zövq almaq imkanı yaradır və İpək Yolu üzərindəki bu füsunkar inci haqqında biliklərini artıracaq”.

Sərginin bədii hissəsində TEAS-ın incəsənət və mədəniyyət üzrə müşaviri Nyu-Yorkdakı Culliard Məktəbinin (Juilliard School) ilk azərbaycanlı məzunu, skripkaçı Sabina Rakçeyeva Londonda fəaliyyət göstərən “Deko” ansamblının müşayiəti ilə argentinalı bəstəkar Astor Piazzola, Vaqif Mustafayevin bəstələri və Azərbaycanın ənənəvi musiqi əsərlərindən ibarət aranjemanlar ifa edib.

Qeyd edək ki, “Azərbaycan Obyektivdə” sərgisi bundan əvvəl TEAS-ın nümayəndəliklərinin yerləşdiyi şəhərlərdə - London, Paris, Berlin, Brüssel və İstanbulda nümayiş olunub. Fotoşəkillər TEAS-ın təşkil etdiyi müsabiqə yolu ilə  Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan fotoqraflardan daxil olmuş 750 əsər arasından seçilib. 

Müsabiqənin qalibi, 1985-ci ildə Qarabağın Kəlbəcər rayonunda çəkilmiş “Ağsaqqallar” fotoşəkilinin müəllifi Asim Talıb olub. 

İkinci mükafata Bibiheybət məscidinin tavanının heyrətamiz təqdimatını foto obyektivə almış Etibar Cəfərov layiq görülüb. 

Üçüncü  yerə isə Fuad Babayev sahib çıxıb. F.Babayevin “Alovlar və iynə” adlı foto obyektivində Bakının yeni simvolu olan “Alov qüllələri” və televiziya qülləsi yer alıb.

Sərginin bədii hissəsində TEAS-ın incəsənət və mədəniyyət üzrə müşaviri Nyu-Yorkdakı Culliard Məktəbinin (Juilliard School) ilk azərbaycanlı məzunu, skripkaçı Sabina Rakçeyeva Londonda fəaliyyət göstərən “Deko” ansamblının müşayiəti ilə argentinalı bəstəkar Astor Piazzola, Vaqif Mustafayevin bəstələri və Azərbaycanın ənənəvi musiqi əsərlərindən ibarət aranjemanlar ifa edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri