Apr
2014
14:25
5
3
1636
Virtual karabakh

Şeyx Əbdül: Bu nə biabırçılıqdır, bunlara niyə son verilmir? – VİDEO

3 Apr, 2014
14:25
1636

Şeyx Əbdül: Bu nə biabırçılıqdır, bunlara niyə son verilmir? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Eybəcər səhnələri ilə qürur duyur…”.

Xalq artisti Alim Qasımovun Elçinin “Qatil” tamaşasına etiraz etməsi böyük qalmaqal yaratdı. Bundan ən çox əsəbiləşən isə tamaşanın rejissoru Mehriban Ələkbərzadə oldu.

Oxu.Az xəbər verir ki, əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov bununla bağlı AzNews.az-a müsahibə verib.

- Mehriban qadındır və kim olduğu da sənətində görsənir. Mənə o məlumata görə, dünən saysız-hesabsız zənglər oldu. Əvvəlcə əsəbiləşdim. 

- Nə üçün? 

- Çünki o, mənim ünvanıma axmaq-axmaq sözlər deyib. Qadındır, mən də ağsaqqal adamam. Hər halda mən o tamaşaya sənət kontekstindən yanaşdım. Onun isə sənəti qoyub bir tərəfə, şəxsi söhbətə, ələlxüsus da təhqirə keçməsi yaraşmaz.

Kaş bu təhqirlər yaxşı mənada onun sənətində olaydı. Eybəcər səhnələri ilə qürur duyur… Əgər insanlar öz ayıbına kor olmurlarsa, mən o qadına nə deyim? Ağız-ağıza verim? Öz sənət adamları, kollektivi bu əsərə eybəcər formada münasibət bildirib, o tamaşanın yığışdırılmasını istəyirlərsə, bunun günahı Əbüldə deyil. Mən o tamaşaya tamaşaçı kimi gəlmişəm və heç kəs də məni idarə edə bilməz.

Münəvvər Əliyeva bizi dəvət elədi, biz də Alim Qasımovla gəldik, baxdıq və tamaşanın ortasında çıxıb getdik. Əslində bizi də qızışdıran qarşımızda oturan 60-dan çox tələbə qızlar oldu. Hər dəqiqə dönüb dedilər ki, “müəllim, bu nə biabırçılıqdır, belə şeylərə niyə son verilmir?” Akademik teatrın səhnəsində bu nə olan şeydir?

Anlaya bilmirəm. Bu işləri də edən Mehriban Ələkbərzadədir. Belə şeyləri Akademik Teatrın səhnəsində görmək mənim üçün ürək ağrısıdır. Olmaz! Əgər o, belə şeyləri səhnəyə gətirmək istəyirsə, gedib özü üçün eksperimental teatr açsın.

Allah rəhmət eləsin, Vaqif İbrahimoğlu belə bir teatr açmışdı. Nə istədi elədi. Bu da elə, teatr açsın, camaat gələr-gəlməz daha özü bilər. Yoxsa sən bu eybəcərliyi həyasızlıqla camaata sıramaq istəyirsən? Mən buna rüsvayçılıq, eybəcərlik kimi baxıram. 

Orada heç bir sənət yoxdur, sadəcə aktyor Münəvvəri soyundurub, çabalamaqla oradan-bura, buradan-ora tullayır. Hələ bu axşam baxıram ki, yenə həmin tamaşanın reklamı gedir. Reklamdakı eybəcər kadrlar da bu tamaşa barədə çox söz deyir. Allaha and olsun dünəndən bəri mənə 100-dən yuxarı ölkənin tanınmış şəxslərindən telefon ediblər.

- Mətbuatda, sosial şəbəkələrdə bu məsələyə görə sizi qınayanlar daha çoxdu. Zəng edənlər də etirazını bildirir, yoxsa?

- Yox, əksinə, deyirlər ki, sağ ol ki, yaşının bu çağında böyük bir problem qaldırdın. Bu əxlaqa zidd tamaşalar, verilişlər yığışdırılmalıdır. Mən anlaya bilmirəm, indi bu Mehriban nə olmaq istəyir? Nə etmək istəyir, məqsədi nədir? 

- Niyə yalnız rejissoru ittiham edirsiz? Bəs, əsərin müəllifi Elçin Əfəndiyev? 

- Mən Elçin Əfəndiyevin əxlaqına bələdəm. Mən onunla film etmişəm. Rejissorlar əsəri alandan sonra olurlar müəllif və başlayırlar min dənə düzəliş etməyə. Əgər mən o əsəri oxumuş olsaydım, buna kişi kimi də münasibət bildirərdim. Amma mənim ağlıma gəlməz ki, Elçin müəllim belə bir şey etsin. 

- Hər halda Elçin Əfəndiyev tamaşaya baxıb… 

- Təbii ki, baxıb. Amma daha niyə ona etiraz etməyib, bu, artıq onluqdur. Elçin müəllim dövlət adamıdır. Bəlkə də deyib? Şəxsi söhbətləri bilmədiyim üçün heç nə deyə bilmərəm. 

Hər halda mən bu eybəcər tamaşanın Akademik Milli Dram Teatrında səhnəyə qoyulmasının əleyhinəyəm. M.Ələkbərzadə ağzını Allah yolunda qoyub boş-boş, gic-gic danışmaq əvəzinə, getsin tamaşasını redaktə etsin. Şəxsi həyatını səhnəyə gətirmək eybəcər haldır. Biz azərbaycanlıyıq və bizim dəyərlərimiz var. Mən o tamaşanı hazırlayana da, orada iştirak edənlərə də nifrət edirəm.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri