Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, NZS qəsəbəsində 2001-ci il təvəllüdlü Zaur Zülfi oğlu Quliyev dava zamanı bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.