23 
Apr
2014
21:00
55
9
13147
Virtual karabakh

Şair oğlu: Sənin qeyrətin var?

23 Apr, 2014
21:00
13147

Şair oğlu: Sənin qeyrətin var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nə ondan mal alan var, nə də onun mal satdığı var”.

Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli qardaşı Araz Kəsəmənlinin həbsi ilə bağlı sensasiyalı açıqlama verib.

Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya açıqlamasında Rəşad Kəsəmənli qardaşının haqsız yerə həbs olunduğunu bildirib:

“Bütün faktlar əlimizdədir. Dostum, qardaşım Araz və məni toya getdiyimiz yerdə maşını saxladıb özlərini təqdim etmədən Arazı apardılar. Narkotikdən qardaşımın əl izi çıxmayıb, ömründə narkotikdən istifadə etməyib. Ekspertizanın rəyi var, Arazın qanı yoxlanılıb və narkotikdən istifadə etmədiyi təsdiqlənib. Nə ondan mal alan var, nə onun mal satdığı var. Ortada sübut yoxdur. Lakin Arazı “Külli miqdarda narkotik vasitəni mənimsəmək” maddəsi ilə mühakimə edirlər”.

Rəşad Kəsəmənli qardaşına prokurorun 10 il iş istəməsinə də münasibət bildirib:

“Hakim əməliyyatın rəisindən soruşur ki, bunu narkotik alan və satan yerdə görmüsən, narkotikdə əl izi var? İttihamçı cavab verir ki, görməmişəm. Axırda hakim əsəbiləşdi ki, bəs nə əsasla onu ittiham edirsiniz. Belə haqsızlıq olmaz. Əməliyyatın rəisi yalandan deyir ki, Araz həbs ediləndə maşında tək olub. Əməliyyat qrupunda olan digər üç nəfər deyir ki, maşında üç nəfər olublar. Bəs biz orada olmamışıqsa, sənədlərin içində necə bizim izahatımız var? Qardaşımı kimin həbs etdirmək istədiyini bilmirik, heç nədən xəbərimiz yoxdur. Bilsək, gedib tutub soruşaram ki, qeyrətin, evində anan, bacın, balan var? Adam belə haqsızlıq etməz. Xahiş edirəm, media nümayəndələri məhkəməyə gəlsin, sübutlara baxsınlar. Görəcəklər ki, hər şey bizim lehimizədir. Məhkəmə prosesi aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində saat 12:30-da baş tutacaq”.

Qeyd edək ki, Araz Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri