18 
Apr
2014
15:15
6
29
2532
Virtual karabakh

Abşeronda öz evindən oğurluq edən şəxs tutuldu - VİDEO

18 Apr, 2014
15:15
2532

Abşeronda öz evindən oğurluq edən şəxs tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səlimzadə vicdanı qarşısında cavab verəcək.

Abşeron rayonunda öz evindən oğurluq edən şəxs saxlanıldı. Səhv eşitmədiniz, saxlanılan 19 yaşlı Toğrul Səlimzadə təhsil aldığı kollecdə akademik borcları olduğu üçün belə bir addım atdığını deyir.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, valideynlərindən gizli iş görən 19 yaşlı Səlimzadə oğurluq əməlinə görə Abşeron polisi tərəfindən saxlanılıb. Amma o, bu cinayət əməlini kənar yerdə yox, elə öz evində törədib. 

Kollec tələbəsi olan gənc evdə heç kəsin olmadığından istifadə edərək mənzilə əməlli-başlı əl gəzdirib.

Abşeron Rayon Polis Şöbəsinin müstəntiqi Ayaz Kazımovun sözlərinə görə, Toğrul Səlimzadə evdən televizor, kompüter və 2900 AZN məbləğində pul oğurlayıb:

“Bundan sonra həmin əşyaları və pulu dostuna saxlaması üçün verən Toğrul, sonradan heç nə olmamış kimi evə qayıdıb. Lakin buna baxmayaraq özünü şübhəli aparması onu ifşa edib. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində oğurluğun səbəbləri müəyyən edilib”.

Toğrul Səlimzadə isə “lazım idi, ona görə, elədim” deyib.

İndi Toğrul bu əməlinə görə, həm qanun, həm də öz vicdanı qarşısında cavab verəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri