18 
Apr
2014
13:25
43
9
5686
Virtual karabakh

Azərbaycanlı məhbusların fantaziyası bitmir

18 Apr, 2014
13:25
5686

Azərbaycanlı məhbusların fantaziyası bitmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həşiş qətranı” və xalis çəkisi 1,730 qram olan narkotik maddə “tiryək” aşkar edilərək götürülüb.

Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Oxu.Az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, məhkum Qahir Mirəli oğlu Zəkiyevə vətəndaş Niyazi Rafil oğlu İsmayılovun göndərdiyi sovqata baxış keçirilən zaman 17 (on yeddi) ədəd püstənin içərisində gizlədilmiş, xalis çəkisi 6,59 qram olan narkotik maddə “həşiş qətranı” və xalis çəkisi 1,730 qram olan narkotik maddə “tiryək” aşkar edilərək götürülüb.

Qeyd edək ki, Qahir Mirəli oğlu Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 186.2.1; 29, 186.2.2; 177.2.1; 177.2.2; 177.2.3; 181.3.1 və 228.2.1 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Faktlar üzrə araşdırma aparılır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri