19 
Mar
2021
16:17
35
332
3322
Virtual karabakh

Yaqut Qarayeva koronavirusun mutasiyaları ilə mübarizədən DANIŞDI

19 Mar, 2021
16:17
3322

Yaqut Qarayeva koronavirusun mutasiyaları ilə mübarizədən DANIŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ÜST tərəfindən təsdiq olunan vaksinlər koronavirusun ştammlarına da təsir edir”. 

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu səbəbdən də vaksinasiya prosesi daha da sürətlə aparılmalıdır:

“Gigiyenik qaydalara isə hər zamankından daha çox əməl olunması vacibdir”.

Y.Qarayeva qeyd edib ki, virusun mutasiyası ilə mübarizə vasitələri də eynidir:

“Qoruyucu maskalardan istifadə, karantin rejiminin normalarına əməl etmək lazımdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri