May
2024
16:53
36
17
581
Virtual karabakh

Bakı Təşəbbüs Qrupundan MESAJ: “Ədalətli mübarizəni dəstəkləyəcəyik”

2 May, 2024
16:53
581

Bakı Təşəbbüs Qrupundan MESAJ: “Ədalətli mübarizəni dəstəkləyəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Təşəbbüs Qrupunun yaranması Fransanın son müstəmləkələri olan dənizaşırı ölkələrə dəstək nümayiş etdirir.

Oxu.Az-ın məlumatına əsasən, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.

O, Fransaya qarşı etirazlar keçirilən Yeni Kaledoniyada Azərbaycan bayrağının dalğalanmasının səbəbindən də danışıb.

Abbas Abbasov qeyd edib ki, bu, Azərbaycanın onlara göstərdiyi dəstəklə əlaqədardır.

“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə kolonializmə qarşı xeyli mövqe səsləndirib. Bakı Təşəbbüs Qrupunun yaradılması da Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf etdi. Bakı Təşəbbüs Qrupu bundan sonra da Fransanın xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəni dəstəkləməyə davam edəcək. Fransanın dənizaşırı ərazilərində Azərbaycanın bu diqqətini görürlər və dəstək olaraq bayrağımızı dalğalandırırlar”, - deyə o əlavə edib.

O qeyd edib ki, yeni Kaledoniya ədalətli şəkildə öz hüquqlarını tələb edir. Azərbaycanın dəstəyi də onların bu mübarizəsini davam etdirməyə imkan verir.

“Bakı Təşəbbüs Qrupu bu mübarizəsini beynəlxalq hüququn çətiri altında aparır. Bu mənada, bəzi Fransa məmurlarının bizim fəaliyyətimiz barədəki ittiham xarakterli fikirləri ilə razı deyilik”, - deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri