“Vonka” musiqili fantastika filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ, Kanada, İrlandiya, Böyük Britaniya, Avstraliya və Fransa istehsalı olan “Vonka” musiqili fantastika filminin nümayişi başlayır.
Filmin rejissoru: Pol Kinq.
Baş rollarda: Timoti Şalame, Oliviya Kolman, Hyu Qrant.
Müddəti 105 dəqiqə. Yaş məhdudiyyəti yoxdur.
Film haqqında qısa məlumat: Villi Vonka dünyanın ən məşhur şokolad fabriklərindən birinin sahibidir. Ancaq fabrikin açılışına qədər onun başına gələnləri az adam bilir. “Vonka” baş qəhrəmanın gənc yaşlarında sərgüzəştlərini, onun şirniyyat üçün yeni ləzzətlər axtarmağını və təhlükəli Loompalənddə ilk dəfə Oompa-Lumpalarla tanışlığını təsvir edir...
Qeyd etmək istərdik ki, film üç dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Vonka” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə “Dəniz Mall”da yerləşən “CinemaPlus”da baxmaq olar.
“CinemaPlus” kinoteatrlar şəbəkəsində 14 dekabrdan etibarən nümayiş olunacaq filmlərin siyahısı - VİDEO
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
mobil tətbiqindən, “iOS” və “Android” əməliyyat sistemi olan smartfonlar üçün:
əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya (012) 499-89-88 və “119” nömrələrinə zəng edərək əldə edə bilərsiniz.
Rəylər