May
2024
12:34
151
5
1291
Virtual karabakh

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

3 May, 2024
12:34
1291

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək.

Bu barədə məlumat “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”nda öz əksini tapıb.

Baş plana əsasən, şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma strukturunun əsasını təşkil edəcək.

Qeyd edək ki, şəhərin işğalaqədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri