May
2024
17:26
17
27
958
Virtual karabakh

Faiq Mütəllimov: “COP-un məqsədlərindən biri təhlükələrə qarşı öhdəliklərə sadiqliyi təmin etməkdir”

3 May, 2024
17:26
958

Faiq Mütəllimov: “COP-un məqsədlərindən biri təhlükələrə qarşı öhdəliklərə sadiqliyi təmin etməkdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının məqsədlərindən biri gözlənilən ssenarilərə qarşı ölkələrin öhdəliklərinə sadiqliyini təmin etməkdir”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bu gün Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən Forumda “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi adlı paneldə deyib.

O bildirib ki, Azərbaycanda bir neçə 10 illikdə su ehtiyatlarında 15% azalma müşahidə olunur:

“Bu da müxtəlif sektorlara, xüsusən də kənd təsərrüfatı sektoruna ciddi təsir göstərib. Eyni zamanda son illərdə temperaturun azalması və bir sıra səbəblərdən Xəzərin səviyyəsində ciddi azalma var. Bu da daha çox sahilyanı zonalara təsir göstərir. Düşünürəm ki, COP29 bu cür məsələlərin müzakirəsi üçün əhəmiyyətli platformadır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri