May
2024
15:38
27
47
901
Virtual karabakh

Nazir: “Biz bütün səylərimizi mədəniyyətimizin təşviq olunmasına yönəltməliyik”

1 May, 2024
15:38
901

Nazir: “Biz bütün səylərimizi mədəniyyətimizin təşviq olunmasına yönəltməliyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz bütün səylərimizi mədəniyyətimizin təşviq olunmasına yönəltməliyik”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” sırasında nazirlərin V görüşündə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli deyib.

O, qeyd edib ki, forum ilk təmas rolunu oynayacaq:

“Dini sahədə olan dəyərləri qoruyuruq.

Bəşəriyyətin ümumi gələcəyi üçün müsbət işdir. Müsbət tendensiyadır. Sülh şəraitində yaşamalıyıq. Bu forum çərçivəsində dünyada baş verənlərə nəzər yetirəcəyik. Biz birgə çalışmalıyıq. Torpaqlarımız 30 il düşmən tapdağı altında qalıb. Artıq dövlət sərhədlərimiz işğaldan sonra bərpa edilib. Biz münasibətləri də mədəniyyət vasitəsilə bərpa etməyə çalışmalıyıq”.

Nazir qeyd edib ki, mədəni müxtəliflik hər zaman qorunub:

“Mədəni irsimizi qoruyub, təbliğ etməliyik. Bizim ümumi tariximiz var. Biz müharibələri görmüşük. Pandemiya şəraitində yaşadıq. Xəstəliklər yayılıb. Terror aktı görmüşük. Lakin indi yeni hədəflər var. Qlobal mədəni intibaha insanları çağıranda görürük ki, dialoq olmasa, özümüzü aciz hiss edirik. COP29 mesajımız odur ki, biz birlikdə işləyib, çalışmalıyıq”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri